Müəssisələrin təhlükəsizlik ehtiyyacları əksər hallarda zamanla dəyişir və inkişaf edir.Bu səbəbdəndir ki, vaxt aşırı təhlükəsizlik sistemlərinin monitorinqi və yenilənməsi ehtiyyacı yaranır.Bu prosses özündə sistemin elementlərinin texniki vəziyyətinin müayinəsini, sistemin işinin dəyərləndirilməsini, iqtisadi səmərəliliyi və s. əhatə edir.Digər tərəfdən təhlükəsizlik sistemlərinin istehsalçıları mütəmadi olaraq daha inkişaf etmiş sistemləri bazara təqdim edir.
Nə təklif edirik?
Avadanlıqların texniki vəziyyətinin müayinəsiVideo kameraların işləmə qabiliyyətini, görüntü keyfiyyətini, serverlərin və sabit disklərin tutumunu, proqramın aktuallığını yoxlayırıq.Mövcud avadanlığın səmərəli istifadəsi üçün hansı metodların mövcud olduğunu və hansı avadanlıqların dəyişdirilməsi gərəkdiyini müəyyən edirik.
Real və potensial təhdidlərin təhlili
Hər bir obyekt üçün mövcud təhlükələri müəyyənləşdiririk və təhdidlərin hər biri üçün ehtimal olunan zərərləri müəyyənləşdiririk.
Tövsiyələr və ətraflı hesabat
Təhlükəsizlik sistemini inkişaf etdirmək üçün tədbirlər siyahısını hazırlayırıq, tövsiyə olunan avadanlıqların dəyəri və tədarükçülərin etibarlılığının qiymətləndirilməsi barədə məlumat veririk.
Obyektin fiziki təhlükəsizliyinin müayinəsi
Texniki təhlükəsizlik vasitələrindən - video nəzarət, giriş nəzarəti sistemləri, həyəcan siqnalı istifadə nəzərə alınmaqla təhlükəsizlik xidməti işçilərinin sayının çoxluğunu və ya çatışmazlığını müəyyənləşdiririk.
Mövcud sistemin iqtisadi təhlili
Təhlükəsizliyə qoyulan sərmayələri əmlakın zədələnməsi, əmək intizamının pozulması, oğurluq nəticəsində dəyə biləcək itkilərlə əlaqələndiririk.
Aydın məsələdir ki, təhlükəsizlik sistemlərinin monitorinqi və optimizasiyası ciddi yanaşma tələb edən kompleks bir işdir.Bizimlə əməkdaşlığa qərar verdikdən sonra mühəndislərimiz təhlükəsizlik sisteminizi analiz edərək problemlərinizi aşkar edəcəklər.Beləliklə, təhlükəsizlik sisteminin yenilənməsinin əsas mərhələləri aşağıdakılardır.
- Təhlükəsizlik sisteminin quruluşunun dəyişdirilməsi və avadanlıqların yenilənməsi
- Sistemin internetə və buluda bağlanması, kameraların HD və İP kameralarla əvəzlənməsi
- Problemli avadanlıqların təmiri və ya yenilənməsi
- Proqram təminatının yenilənməsi, yeni modulların tətbiqi
- Vahid idarəetmə mərkəzinin yaradılması, təhlükəsizlik sisteminin İT infrastrukturuna inteqrasiyası
- Yeni təhlükəsizlik özəlliklərinin sistemə əlavə edilməsi