Elektrik vasitəsi ilə işıqlandırmaya bu gün fərdi mənzillərdən istehsalat mühitlərinə qədər bir çox yer də üstünlük verilir.Lakin çox zaman sifarişçilər belə işləri iqtisadi baxımdan səmərəli kimi görünən lakin özünü təsdiqləməmiş və təcrübəsiz komandalara həvalə edirlər.Bu ilk baxışdan nə qədər karlı görünsə də, sonradan daha ciddi fəsadlara gətirib çıxarır.
Bu baxımdan aydındır ki, elektrik vasitəsi ilə işıqandırmanın texniki infrastrukturu ciddi yanaşma tələb edən kifayət qədər kompleks bir işdir.Elə buna görə də, bizim mühəndis komandamız öz işinə böyük məsuliyyətlə yanaşır.Bizimlə işləməyə qərar verdikdən sonra, mühəndislərimiz öncə iş mühiti ilə tanış olub işin gedişatına təsir edən amilləri aşkar edəcəklər.Obyektin həndəsi quruluşu və ölçüsü, pəncərələrin miqdarı və parametrləri, lokasiya bu amillərdən bir neçəsidir.Bu və digər faktorlardan asılı olaraq aşağıdakı işıqlandırma növləri mövcuddur:
- Lokal işıqlandırma
- Daşqın işıqlandırması
- Daxili işıqlandırma
- Geniş miqyaslı işıqlandırma: Fasadlar, Obyektin ətrafındakı sahələr və s.